Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsan neçə yaşından qocalmağa başlayır? - 3 mərhələ

  • 2021.12.21 16:10
  • 2481 Baxış
İnsan neçə yaşından qocalmağa başlayır? -  3 mərhələ
Qocalmanın 3 DÖVRÜ: birinci mərhələ 34 yaşında başa çatır, sonra isə...

Stenford Universitetinin alimləri insanın qocalma prosesinin üç mərhələsindən danışıblar.

Medicina.az xəbər verir ki, bu barədə "Nature Medicine" məlumat yayıb.

18 yaşdan 95 yaşa qədər olan 4263 şəxsin qan analizinin genişmiqyaslı tədqiqi nəticəsində insanların üç mərhələdə qocaldığı üzə çıxıb. Bu qocalma dövrlərində insan qan plazması zülalında əhəmiyyətli qeyri-xətti dəyişikliklər baş verir.

Deməli, orqanizmin yetişməsinin birinci mərhələsi 34 yaşında başa çatır. Sonra 60 və 78 yaşlarında yaşa bağlı əhəmiyyətli dəyişikliklər baş verir.

Alimlər hesab edirlər ki, qocalmanın öyrənilməsinə müasir yanaşma gələcəkdə yaşa bağlı xəstəliklərlə mübarizə aparmaq üçün effektiv dərman vasitələrinin yaradılmasına gətirib çıxaracaq. /publika.az/