Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsan ömrünü uzadan QİDALAR

  • 2018.06.02 13:14
  • 17971 Baxış
İnsan ömrünü uzadan  QİDALAR


Mütəxəssislər bəzi qidaların insan ömrünü uzada biləcəyini qeyd ediblər.


Bəs insan orqanizmi üçün vacib olan qidalar hansılardır?


Medicina.az sözügedən siyahını təqdim edir:


Zeytun yağı -  qaraciyərə faydalıdır və ağrıları azaldır. Sarılıq keçirənlərə də faydalıdır. Zeytunun yarpağı və qabığı yüksək qan təzyiqini aşağı salır. Eyni zamanda qanda şəkərin miqdarını da azaldır. Bundan başqa bağırsaq soxulcanlarının da tökülməsinə kömək edir.


Turp - Böyrəklərdəki mikrobları öldürür. Qum və daşların tökülməsinə kömək edir. Qaraciyər şişini azaldır. Sarılıq keçirənlərə faydalıdır. Revmatizma, astma və bronxitə faydalıdır.

 

Badımcan - Qansızlığın qarşısını alır. Qara ciyərin fəaliyyətinə müsbət təsir edir. Arıqlamağa faydalıdır. Böyrək ağrılarını azaldır. Əsəbləri sakitləşdirir. Ürək döyüntülərini azaldır. Dəri xəstəlikləri, şəkər, mədə-bağırsaq və qara ciyər xəstəlikləri olanlara badımcan yemək olmaz.

 

Kələm - Xərçəngə qarşı təsirli tərəvəzlərin birincisidir. Tərkibində B, C və E vitamininin miqdarı boldur. Eyni zamanda kələmin tərkibində potasium da var. Döş və uşaqlıq yolu xərçənginə qarşı təsirlidir.

 

İspanaq - Ürək xəstəlikləri, iflic, yüksək qan təzyiqi, göz xəstəlikləri, xərçəng kimi problemlərə qarşı faydalıdır.