Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsan ömrü uzadılır - Bioloqlardan BÖYÜK KƏŞF

  • 2017.11.01 10:20
  • 13866 Baxış
İnsan ömrü uzadılır -  Bioloqlardan BÖYÜK KƏŞF
Alimlər ən uzunömürlü varlıqları müəyyən ediblər. Bunlar Karib dənizinin dibində dərin sularda yaşayan oturaq qurdlardır.

 

Medicina.az publika.az-a istinadən xəbər verir ki, bu haqda "Science of Nature” jurnalında dərc edilmiş məqalədə deyilir.

"Escarpia laminat” Yer kürəsində ən uzunömürlü varlıqdır. Onlardan bəziləri 300 ildən çox yaşayıblar. Canlı varlıqların başqa heç bir növü bu qədər yaşamır”, - Templ Universitetindən (ABŞ, Filadelfiya) Alanna Durkin deyib.


Yer kürəsinin ən uzunömürlü varlıqları bəzi nümayəndələri 200 ildən çox yaşayan Qrenlandiya balinaları və bəzi hallarda 250 il yaşayan Qalapaqos tısbağaları hesab edilirdi. Bundan başqa, "Arctica islandica” molyuskasının uzunömürlü tək nümayəndəsi məlumdur. Cari qiymətləndirilmələrə görə, onun yaşı 500 ili ötür.

Alimlər uzun müddətdir ki, bu canlıları araşdırır, onların uzunömürlülüyünün sirrini tapmağa çalışırlar. Bioloqlar ümid edirlər ki, bu sirlərdən insanın ömrünü uzatmaq üçün istifadə etmək olar. Karib dənizinin dərin sularında "Escarpia laminat”ın nümayəndələrini araşdıran Durkin və onun həmkarlarının fikrincə, bu varlıqlar sınaqlar və tədqiqat üçün nadir tısbağalar və nəhəng balinalarla müqayisədə daha əlverişlidir.


Alimlər bu varlıqların çox yaşamasının sirrini hələ bilmirlər, ancaq güman edirlər ki, bu, onların yaşadığı suların aşağı temperaturu ilə bağlıdır.