Kosovada həkimlər 33 yaşlı kişinin mədəsindən əməliyyatla telefon çıxardıb.
Medicina.az xəbər verir ki, adı açıqlanmayan xəstədən telefonu həkimlər endoskopiya üsulu ilə 3 hissəyə bölərək çıxarıb.
Əməliyyat haqqında məlumat verən həkim Taljaku bildirib ki, vaxtında tibbi müdaxilə olunmasaydı, telefonun ən təhlükəli hissəsi olan batareya kimyasal maddələrdən ibarət olduğundan partlaya və daxli orqanlara ciddi zərər vura bilərdi.
Həkimlərin dediyinə görə, hazırda xəstənin vəziyyəti normaldır.