İnsan sutkada səhhətə zərərsiz təhlükəsiz dozada şəkər qəbul etməlidir. Nəzərə almalıdır ki, şəkərin miqdarı təkcə qənd, şəkərlə yox, yediyi bütün qidalarda olan şəkərin da miqdarı ilə ölçülür.
Bakupost.az xəbər verir ki, dietoloq Yelena Solomatina sutkalıq şəkər normasının 50-60 qram olduğunu açıqlayıb.
Mütəxəssis vurğulayıb ki, şəkər tələbatı insanın fərdi tələbatına, orqanizminə uyğun tənzimlənir.
Məsələn, ağır fiziki və zehni işdə çalışanlarda qlükozaya tələbat yüksək ola bilər.
Gənc, aktiv, sağlam insanlar üçün norma 60 qramdır.
Yaşlı, xəstə, evdə az hərəkətli həyat keçirən insanlara 40 qram da yetərlidir.
Artıq çəkili, piylənməsi, insulin dirənçi, diabeti olan insanlar şəkəri 30 qrama salmalıdır.
Əgər insan hər gün şirniyyat, şirin içki, fast-food yeyirsə, o sutkalıq normanı aşır. Bəzən insanlar gizli formada şəkər qəbul edir.
Aygün Musayeva
BakuPost