Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsan genləri dəyişdirildi - Daha xəstə uşaqlar doğulmayacaq

  • 2018.05.14 10:49
  • 13854 Baxış
İnsan genləri dəyişdirildi -  Daha xəstə uşaqlar doğulmayacaq
İlk dəfə elm adamları insan embriyonunun genlərini dəyişdirib.

 

Medicina.az xəbər verir ki, bu, uşağın böyüdüyü zaman ölümcül xəstəliklərə tutulacağının qarşısını almaq məqsədilə edilib. Səbəb isə insan embrionunda ani ölümə səbəb olan və ürək xəstəliyi yaradan genlərin olmasıdır. 


"Xəstə genlər” dəyişdirilərək ürək xəstəliyinə səbəb olacaq mutasiya riski aradan qaldırılıb. Bu əməliyyat həyata keçirilərkən DNT-dəki digər genlər zərər görməyib. 


 

Bu elmi kəşf nəticəsində valideynlərindən "pis genləri” miras alan uşaqlar hələ doğulmadan xəstəliklərdən xilas olacaq.