İnsan orqanizmi də kərtənkələ, salamandra və bəzi balıqlar kimi oynaq və ətraf qığırdaq toxumalarını regenerasiya edib, yenidən bərpa etmək qabiliyyətinə malikdir.
Medicina.az xəbər verir ki, Duke Universitetinin alimləri apardıqları tədqiqat nəticəsində bunu sübut ediblər.
Onlar xüsusi metodla zülalların yaşını təyin etməyi öyrəniblər. Bu, aminturşularının molekulyar saatını ölçməklə alınıb.
Təzə zülalların özünübərpası praktiki olaraq mümkün deyil, amma köhnələrin imkanı çoxdur. Bu metodla qığırdaq toxumasının əsas açar zülallarının yaşını təyin edib, onlardan hansının cavan, hansının yaşlı olduğunu təyin etmək olur.
Eləcə də məlum olub ki, qığırdaqların harda yerləşməsi də onların yaşına təsir edir.
Ovucda olan təzə qığırdaqlar gənc, dizdə olanlar orta, çanaq isə ən yaşlısıdır.
Elə bu korrelasiya da özünü bərpa edən heyvanlarla uyğun gəlir. Belə ki, onlarda da daha çox quyruq və pəncənin sonu öz-özünü bərpa edir.
Bu elmi iş dizlə çanağın travması zamanı fərqli müddətə bərpa olunmasının səbəbini də izah edir. Ona görə dizdə artrit daha çox olur, nəinki ovucda.
Qığırdağı bərpa edən mikroPHK-dır. Bu, salamandr, kərtənkələ, Afrika gölləri balıqlarında var.
Əgər alimlər mikroPHK əsasında dərman hazırlaya bilsələr, artrit, artrozun mülaicəsi tapılar, eləcə də travmalardan sonra insanın müəyyən bədən hissələrinin özünü bərpa etməsi mümkün olar.