Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"İnsan bir dərman üçün kənddən rayon mərkəzinə gəlməsin”

  • 2025.01.30 13:20
  • 1047 Baxış
"İnsan bir dərman üçün kənddən rayon mərkəzinə gəlməsin”

"Kəndlərə dərmanlar mobil apteklər vasitəsilə çatdırılmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin Akkreditasiyası və keyfiyyətə nəzarət Mərkəzi PHŞ-nin İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova Milli Məclisdəki dinləmə zamanı bildirib.
Ətraflı

“Dövlət proqramları çərçivəsində pulsuz təmin edilən dərman vasitələri əsasən poliklinkalarda, ailə sağlamlıq mərkəzlərində və digər müəssisələrdə paylanılır. Bu isə kəndlərdə yaşayan əhali üçün çətinliklər yaradır. Bu dərmanlar mobil apteklər vasitəsilə həftənin konkret günlərində bütün qaydalara riayət etməklə əhaliyə çatdırılsın. Amma insan bir dərman almaq üçün kənddən rayon mərkəzinə gəlməsin, bu insanlar üçün müəyyən narahatlıqlar yaradır”, - deyə Ş.İsmayılova deyib.

Komitə sədri Əhliman Əmiraslanov isə cavab olaraq bunun mümkün olmadığını qeyd edib:

“Şiş əleyhinə olan kimyəvi dərman vasitələrinin bölgələrdə xəstələrə çatdırılması qeyri-mümkündür. Çünki şiş əleyhinə olan dərmanlarla müalicəni aparmaq üçün stasionar şərait lazımdır. Hələlik bölgələrdə bunu həyata keçirmək mümkün deyil”.