Alimlər insan beynini gücləndirən materiallardan kompüterlər istehsal etmək üçün hərəkətə keçib.
"Medicina" xəbər verir ki, bu komputerlərin bioloji aparat kimi istifadə olunacağı gözlənilir.
İndiyə qədər icad eidlən heç bir texnika insanların öz beyinlərindən istifadə edərkən əldə etdiyi uğurlara yaxınlaşa bilməyib.
Alimlər üç ölçülü beyin hüceyrələrindən hazırlanmış biokompüterlərlə bu arzuya yaxınlaşmağı ümid edirlər.
Tədqiqatçılar kompüterləri gücləndirmək üçün beyin orqanoidlərinə diqqət yetirəcək yeni tədqiqatlar təklif edib.
Orqanoidlər laboratoriyada istehsal olunur, lakin onlar beynin funksiyası və nümunələri ilə bağlı mühüm aspektlərə malikdir.
Tədqiqatçılar belə biokompüterlərin silikon əsaslı kompüterlərdən daha sürətli öyrənməsini gözləyir.
Aynur