Məşhur neyrocərrah Arnold Semenoviç ömrünü beyini öyrənməyə həsr edib.
Onlarla beyin əməliyyatı edən cərrah öz gözləri ilə müxtəlif beyinlərin quruluşunu və başın içində nələrin baş verdiyini görüb.
O, beynin qocalması ilə bağlı maraqlı mülahizələr irəli sürüb.
Medicina.az xəbər verir ki, həkim beynin əzələli orqan olduğu üçün daim məşq olunmağa ehtiyac duyduğunu bildirib.
“Beyin də ürək kimi əzələ orqanıdır.
O müntəzəm, hətta bədəndən də çox məşq, yüklənmə, tapşırıqlara ehtiyac duyur.
Çox insanlar fiziki aktivliklə kifayətlənib, beynin özü-özünə yetərli olduğunu düşünür.
Az oxuyurlar, az təhlil edirlər, intelektual tapşırıqlar etmirlər. Yaddaş, düşüncəni məşq etdirmirlər. və ya əksinə beyinə lazımi istirahəti vermirlər.
Yaş ötdükcə insanlarda diqqəti cəmləmək, informasiyanı qəbul edib yadda saxlamaq çətinləşir, elementar sözləri belə fikirləşib deyirik.
İnsan bu halı ilə barışır, hər şeyi qocalığın, yaşın üzərinə yıxır. Amma beyin üçün yaş amili yoxdur. Siz onu 80 yaşında da aktiv və iti saxlaya bilərsiniz. Beynin qocalması, kütləşməsi qeyri-düzgün həyat tərzinin nəticəsidir.
Bizim beynimiz elastikdir və istənilən yaşda bu elastikliyi ömrünüzün sonuna kimi saxlaya bilər. Tibbi sözlə desək beyin neyroplastikdir.
Yaşlaşma ilə əlaqədar beynin dəyişməsi əsrlərlə yürüdülən yanlış fikirdir.
Beynin elastikliyi o zaman itir ki, biz onun qorunması üçün heç nə etmirik.
Beyni gənc saxlamaq üçün müntəzəm olaraq oxumaq, yazmaq, müşahidə etmək, müxtəlif tapşırıqlar etmək, saymaq, riyazi metodlar və s. sınamaq lazımdır.
Beyinə müntəzəm olaraq yeni biliklər, informasiyalar vermək, ona düşünmək üçün material təqdim etmək lazımdır.
Yeni dil öyrənmək onun aktivliyini artırır.
Beyin oksigeni çox sevir. Onu gənc saxlamaq üçün meşədə, çöldə, dağlarda, dəniz kənarında çox olun. Açıq havada, təbiətdə gəzin, idman edin.
Beyin lazımi qədər oksigen aldıqda onun hüceyrələri yenilənir, bərpa olur. Qan dövranı artır, toksinlər yuyulur.
Beyin toxuması kiçik neyronlarla örtülüb. Məhz neyronlar oksigenlə qidalanır. Ofis işində çalışanlar, qapalı yerdə kitab oxuyanlar əgər açıq havada hava almasa, onların da beyni qocalacaq.
-
- Mütləq həftə sonlarını və tətilinizi şəhərdən uzaqda keçirin.
- Boş vaxtınız olan kimi gəzin, krosvord edin və komputerlə yox, əllə nələrsə yazın.
- Hər gün hansısa əcnəbi dildə yeni sözlər öyrənin
- Hesablamalarda kalkulyator yox, şifahi hesablamadan istifadə edin