Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsan bədəninin ən çirkli nahiyələri - Ağlınıza gəlməyən yerlərdir

  • 2018.11.08 21:17
  • 17505 Baxış
İnsan bədəninin ən çirkli nahiyələri -  Ağlınıza gəlməyən yerlərdir

Əgər insan bədənində daxildən və xaricdən kök salmış mikroorqanizmləri xaric etsələr, o zaman insanın çəkisi azı 3-4 kq azalar. Bakteriya və mikroorqanizmlər insan bədənində harda istidir, rahatdır, orda yerini rahatlayır. 


Amma bəzi yerlər var ki, orda quruluşuna, əlverişliyinə görə daha çox sayda bakteriya toplanır, bunun da sayəsində həmin nahiyə daha çirkli, daha pis qoxulu olur. Bakteriyaların elə növləri var ki, heç də göründüyü kimi zərərsiz deyil. 


Medicina.az insan bədənində təpədən dırnağa kimi ən kirli yerlərin xəritəsini təqdim edir. Bu heç də təkcə  intim nahiyələr və qolaltı deyil. 


Baş və bədəndə tüklərin altı


Dərinin tüklə ( istər az, istər çox) tüklə örtülmüş hissəsində bakteriya daha çox olur, nəinki təmiz dəridə. Mikroorqanizmlər dəri piyi, tər olan yerdə çox yaşayır. Saç və tüklərə ətrafdan toz və çirk qonur. Hər gün də saçları yumaq mümkün deyil. 


Kişilərdə tüklü dəri hissə daha çox olduğundan onlarda bakteriya daha çox nahiyıdı məskunlaşır. Təmiz qoxu gəlməsi üçün gərək baş, bığ-saqqal, sinə, qol və ayaqlar hər gün təmiz yuyulsun. 


Qoltuqaltı və qasıq nahiyəsi


Bu hissələr mikroorqanizmlərin kef etdiyi, çoxaldığı doğma yerlərdir. Ona görə ordan daha kəskin tər qoxusu gəlir. Əslində özlüyündə qasıq və qoltuq qoxulu nahiyə deyil. Yəni vəzilərdən ifraz olunan tər pis qoxu vermir. Tərə pis qoxu qatan bakteriyalardır. Həmin nahiyələrdə artıq tüklərin tez-tez təmizlənməsi də problemi azaltmır.


Anus


Məlumdur ki, bu nahiyə orqanizmin kanalizasiyası olduğu üçün ən çirkli hissədir. Həmçinin burda apokrin tər vəziləri yerləşdiyi üçün tər qoxusu gəlir. Patogen zonada bakteriyalar olduqca tez çoxalır.


Dəri qatları


Daha çox artıq çəkili insanlarda qarın, bel, bud, qollarda belə qatlar olduğundan bakteriya, göbələk artımları çox olur. Onlar gərək hər gün bu qatları su ilə təmizləsin. Həmçinin böyük süd vəzilərinin altı dermatit, göbələk xəstəlikləri üçün əlverişlidir. 


Ağız boşluğu – Bakteriyaların cənnəti


Ağızdan qida və içki daxil olduğu üçün orda ən müxtəlif bakteriya növlərinə rast gəlinir. Əslində insanlar elə bilir ki, ağız boşluğu ən təmiz nahiyədir, hətta bir –birini də öpürlər.  Hətta dişlərin təmizlənməsi də bu problemi aradan qaldırmır. Ağızdakı bakteriyaları öldürən yeganə vasitə ağız suyu vəzlərinin ifraz etdiyi sudur. 


Öpüşərkən insanlar nəinki bir-birinə sevgi hissləri verir, həmçinin ağızdan ağıza bakteriya mübadiləsi baş verir. 


Burun içi


Bu orqandan hava daxil olur, havanı da burnun selikli qişası toz və bakteriyalardan təmizləyir, bu qalıq da burnun iç divarında toplanır. Burun içindəki selik infeksiya və bakteriyaları sanki filtrdən keçirir. Ona görə burun içinin çox quru olmasının qarşısını almaq lazımdır. Adətən burun qışda batareya və kondinsionerin təsirindən quruyur. Otaqda havanı gündə bir neçə dəfə nəmləndirin. 


Barmaqların arası


Xüsusən ayaqda barmaqların arası corab və ayaqqabı içində mikrob və göbələklərə yuva olur. Ayaqlardan gələn pis qoxu da bu bakteriyaların hesabınadır. 


Göbək


Deyilənə görə, göbəkdə hətta elmə məlum olmayan bakteriya növləri tapmaq olar. Kişilərin göbəyi qadınlara nisbətən daha çox zibillidir. 



Bəs nə etməli?


Yuyunma, gündəlik gigiyena şərtlərinə daha diqqətlə yanaşmaq lazımdır. Əgər hər gün duş almaq, yuyunmaz mümkün deyilsə, o zaman bu nahiyələri spirt, xüsusi məhlullar, ən azı yaş dəsmalla silə bilərsiz.


Qeyd edək ki, yenə də kişilər qadınlara nisbətən daha pinti yuyunur. Çünki onlar çiməndə baş, qolaltı və intim nahiyəni yuyaraq qalan nahiyələri gözardına vururlar ki, su axıb yuyacaq.


Maraqlı araşdırma


Dermatoloqlar qrupunun apardığı bir təcrübədə isə insan bədənində ən kirli yer qolaltı, ağız, cinsi orqanlar nahiyəsi yox, dirsəklər və əllərin biləkləri təyin olunub. Belə ki, bu hissələrin üzərində 40-50 növ bakteriya aşkarlanıb.


Bu ondan irəli gəlir ki, insan əllərini biləyə qədər yuyur, dirsəklərə su dəymir. Dirsəklər, bilək hissə isə geyimə sürtunərək, müxtəlif yerlərə çox toxunaraq, çox kirlənir. Ona görə namazdan öncə dəstəmaz alanda su dirsəklərə də vurulur.

 

Bu da dirsəklərə  daha çox mikrob, bakteriya yığması ilə əlaqədardır. 


İnsan bədəninin ən çirkli nahiyələri -  Ağlınıza gəlməyən yerlərdir