30 yaşdan sonra insan orqanizmi çox tez enerjisizləşməyə başlayır.
Yorğunluq hərəkətsizliyi daha da artırır.
“Medicina” xəbər verir ki, bunu türkiyəli dietoloq Derya Ulduz bildirib.
“İnsan orqanizmində 30 yaşdan aşağı fərqli bir mexanizm işləyir, 30 yaşdan yuxarı artıq başqa mexanizmə keçir.
Xəstəliklər və tükənmə üçün sərhəd isə 45 yaşdır. Artıq 30 yaşdan sonra vücudumuz paslanmağa başlayır.
Bizim ölkədə 50-60 yaşlı insanlara baxdıqda, 90% çox hərəkətsiz, evə bağlı görürük. Çünki ağrıları çoxdur və bədən artıq gücdən düşüb. Ona görə bu yaşda belə olmamaq üçün erkən yaşda tədbirli olmalıyıq.
Ən geci 30-35 yaşdan hərəkətli bir rejim seçmək, tənbəllik etməmək, idman və gimnastikanı seçmək lazımdır”.
Aygün Musayeva