Stenford universitetinin alimləri insan ağız boşluğu və bağırsağında yeni, naməlum virus tapıblar.
“Medicina” xəbər verir ki, müəlliflər bu vaxta qədər tibbə məlum olmayan virusabənzər
mikroorqanizmin adını “Obeliski” qoyub.
Onlar virusu 7 qitənin müxtəlif ölkələrindən olan əhali nümunələrində aşkar ediblər.
Genetik olaraq bu virus heç bir bioloji agentə bənzəmir.
Onlar sadə və mürəkkəb virus formaları arasında qalıb.
Nobel mükafatı laureatı Stenford Endryu naməlum genomların axtarışı üçün VNOM adl proqram və instrument hazırlayıb.
Bu proqram vasitəsilə 5,4 milyon insanda yaşayan mikrob genlərinin analizi aparılır.
Məhz bu metod yeni sinif sirli virus elementlərini aşkar edib.
Yeni virus daha çox ağız və bağırsaqda yaşayır.
Obeliskin 25 min müxtəlif növü aşkarlanıb.
Obelisklər sadədir, hüceyrə daxilinə keçmək üçün zülal geni yoxdur.
Komanda həmçinin bu viruslara nəzarət edənm bakterial sahib tapıb: o, streptokokk sangunisdir.
Hələ ki, yeni virusun insan sağlamlığına hər hansı təsiri öyrənilməyib.
Amma onun DNT səviyyəsində insan geninə təsir etdiyi sübut olunub.
Aygün