İnquşetiyanın dini müftisi Abdurrəhman Martazanov dünən şəhər xəstəxanasında vəfat edib. Onun koronavirus testi ölümündən 1 sutka öncə müsbət çıxmışdı. Müftinin 64 yaşı var idi.
“Təəssüf ki, müftini bu gün itirdik. O, dünən xəstəxanaya ağır vəziyyətdə çatdırılmışdı və analiz müsbət çıxdı” – deyə həkim bildirib.
Son məlumatlara görə bu respublikada koronavirusa 29 nəfər yoluxub, 1i ölüb.