Şotlandiyalı alimlər xərçənglə mübarizədə inqilabi kəşfə imza atıblar.
Medicina.az xəbər verir ki, alimlər bu dəfə əsrin bəlasının müalicəsində toyuqlardan istifadə edəcəklər. Belə ki, sözügedən toyuqların geni dəyişdirilərək, yeni quşlar yaradılıb. Bu quşların yumurtlayacağı dərmanlar bəzi xərçəng növləri ilə mübarizədə istifadə olunacaq.
Sözügedən dərmanların istehsalı hazırda bazarda hegemonluq edən dərman şirkətlərinin satdığı preparatlardan 100 qata qədər daha ucuz başa gəlir.
Bu işlə məşğul olanlardan biri, Edinburqda çalışan doktor Lissa Herron bu toyuqların xüsusi şərtlər altında bəslənildiyini deyib.
"Onlar çox böyük qəfəslərdə yaşayırlar. Yüksək təhsilli texnoloqlar tərəfindən gündəlik suları və yemləri verilir. Toyuqlar çox rahat həyat keçirirlər. Onlar normal şəkildə yumurtlayırlar. Sağlamlıqlarına hər hansı təhlükə yoxdur. Bu toyuqlar da sadəcə adi toyuqlar kimi yumurtlayırlar”, - deyə o, açıqlamasında qeyd edib.
Məlumat üçün bildirək ki, elm adamları əvvəllər genetik mutasiya edilmiş keçi, dovşan və toyuqlardan əldə olunan süd, yumurtalardan müalicə məqsədilə protein əldə edə biliblər.
Dərman yumurtlayan toyuqların ən böyük xərci həddən artıq steril otaqlarda yaşamasıdır.
Onu da bildirək ki, xəstəliklərin çoxu orqanizmin təbii yollarla özünə lazım olan maddələri, xüsusən də proteini istehsal etməməsindən qaynaqlanır.
Buna görə də komanda xüsusilə insanların immun sistemi üçün lazım olan 2 proteinə diqqət çəkib. Bunlardan biri IFNalpha2a-dır. Bu proteinin xərçənglə güclü mabarizə aparmaq qabiliyyəti var. Digəri isə macrophage-CSF proteinidir. Bu protein isə ziyan görmüş toxumaların özünü bərpa etməsinə şərait yaradır.
Dərmanlardan bir doza əldə edilməsi üçün 3 toyuq yumurtası lazımdır və toyuqlar ildə 300 yumurta istehsal edə bilir. Uzmanlar deyir ki, yetərli sayda toyuq olarsa, ticari miqdarda dərman istehsal edilə bilər.
Dərmanların insanların müalicəsində istifadə edilə bilinməsi üçün hüquqi yollar lazımdır və bunun 10-20 il çəkəcəyi bildirilir. Mütəxəssislər toyuqlardan heyvanların sağlamlığı üçün də istifadə edilə biləcəyini güman edirlər.
Medicina.az