Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnkişafdan geri qalan və tez-tez xəstələnən uşaqlar üçün – Sanum Terapiya möcüzəsi

  • 2018.05.15 18:34
  • 4533 Baxış
İnkişafdan geri qalan və tez-tez xəstələnən uşaqlar üçün – S anum Terapiya möcüzəsi
Bu gün pediatriyanın ən aktual problemlərindən biri də tez-tez xəstələnən zəif uşaqlardır. Belə uşaqlar daha çox kərkin respirator xəstəliklərə yoluxur, xroniki xəstəliklərə meyilli olur, mədə-bağırsaq infeksiyaları, qanazlığı, revmatik qızdırma, allergik rinit, disbakteriozdan daha çox əziyyət çəkirlər. 


Medicina.az xəbər verir ki,  problemin kökündə dayanan əsas səbəblərdən biri ana südü ilə qidalanmanın azalmasıdır. Xüsusən, ağız südü həm hüceyrə, həm də humoral immuniteti yüksəldir, selikli qişaların, mədə-bağırsaq traktının patogen mikroorqanizmlərə qarşı müqavimətini artırır.  Ana südü və ağız südünün tərkibində immunoqlobunlərin bütün sinifləri, xüsusilə İgA var. İgA yenidoğulmuşlarda bağırsağın selikli qişasının antibakterial müdafiə qabiliyyətini artırır. Məhz İgA-nın çatışmazlığı uşaqlarda mədə-bağırsaq pozulmalarına səbəb olur. 


İl ərzində 4-5 dəfə kəskin respirator xəstəliklərə yoluxan uşaqlar tez-tez xəstələnən immuniteti zəif uşaqlar hesab olunur. 

Pediatrları çətin fakt qarşısında qoyan məsələ bu uşaqların simptomatik müalicə olunmasıdır. Belə yanaşma xəstəliyi kəskinləşdirir. Problemin həllinə patogenetik yanaşmaqla məsələni kökündən həll etmək lazımdır. 


Bunun üçün Bioloji təbabətin ayrılmaz hissəsi olan İzopatiya prinsipi ilə yanaşılsa, düzgün müalicə etmək olar. Belə ki, orqanizmə zərər vurmadan, özünümüdafiə mexanizmlərini aktivləşdirməklə tam sağalmaya nail olmaq mümkündür. 

Bioloji təbabətin bir qolu olan Sanum Terapiya alman alimi G. Enderlyaynın adı ilə bağlıdır. 


İzopatiya nəzəriyyəsi təklif edir ki, xəstəliklərdən və simptomlardan asılı olmayaraq, orqanizmdə ilk növbədə turşu-qələvi balansını normallaşdırmaq, selikli qişanın tamlığını bərpa etmək, orqanizmi mikroelement və vitaminlərlə təmin etmək lazımdır. 

Ona görə də tez-tez xəstələnən uşaqlarda ilk növbədə müvafiq xəstəliyin  etiopatogenetik müalicəsi, bərpaedici və reabilitasiya edici tədbirlər, immunoterapiya və vaksinoterapiya aparılmalıdır.


Bioloji tənzimləyici terapiya ilə yanaşı müvafiq pəhriz, gimnastika, infeksiya ocaqlarının sanasiyası düzgün təşkil olunmalıdır. Alman alimləri tərəfindən xüsusi müalicə pəhrizi tərtib olunmuşdur ki, burda toyuq yumurtası, süd məhsullarından imtina olunur, karbohidrat və şirniyyata düzgün münasibət təklif olunur. 


Alman alimlərinə görə, çox uşaq xəstəlikləri bağırsağın selikli qişasının atrofiyası il əlaqəli olduğundan terapiyanı məhz bağırsaqlardan başlamaq lazımdır. 

Əgər sizin də uşağınız tez-tez xəstələnən uşaqlar qrupuna aiddirsə, o zaman İzopatiya və Sanum terapiya ilə müalicəni sınaya bilərsiz. 


Bioloji Təbabət klinikasında uşaqların xəstəliyi kökündən sağaldılır, daha illərlə dərmana, müayinələrə üz tutmağa ehtiyac qalmır.


Tel.: (+994 12) 430 89 89

Mob.: (+994 50) / (+994 55) / (+994 70) 430 89 89

Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında