İngiltərədə birdəfəlik istifadə olunan plastik qablar qadağan olunub.
Bakupost.az xəbər verir ki, hökumət plastik bıçaq, qaşıq və boşqab kimi birdəfəlik əşyaların qadağan ediləcəyini təsdiqləyib.
Ətraf Mühit naziri Tereza Koffi deyib ki, bu addım gələcək nəsillər üçün ətraf mühitin qorunmasına kömək edəcək.
Qərarın nə vaxt qüvvəyə minəcəyi açıqlanmayıb.
Qeyd edək ki, rəsmi məlumata görə, Böyük Britaniyada hər il 1,1 milyard birdəfəlik boşqab və 4 milyarddan çox plastik bıçaq istifadə olunur.
Bu qadağa hazırda Şotlandiya və Uelsdə qüvvədədir. Digər tərəfdən, Böyük Britaniyada 2020-ci ildən plastik içki çubuqlarının istifadəsi qadağan edilib.
Əlavə edək ki, plastik tullantılar uzun illər təbiətdə həll olunmur.