İngiltərədə “Johnson & Johnson” vaksinin istifadəsinə icazə verilib.
Medicina.az xəbər verir ki, “Johnson & Johnson” ölkədə istifadə edilən sayca 4-cü vaksin olub.
Verilən açıqlamada “Janssen” olaraq da adlanan peyvənd üçün 20 milyon doza sifariş ediləcəyi bildirilib.
Qeyd edək ki, “Johnson & Johnson” vaksini tək doza olaraq istifadə edilir.