Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İngiltərədə qrip epidemiyası güclənib - Dünyada yeni təhlükə

  • 2021.10.09 18:21
  • 2011 Baxış
İngiltərədə qrip epidemiyası güclənib  - Dünyada yeni təhlükə

İngiltərə alimləri hesab edir ki, qrip infeksiyası bu qış həddən artıq yayılacaq.

Medicina.az xəbər verir ki, Tibb Elmləri Akademiyasının araşdırmasına görə, keçən ilki karantin tədbirləri səbəbiylə insanlarda qripə qarşı immunitet zəifləyib. Bu, nəticədə 15-60 min insanın ölümünə səbəb ola bilər.

Araşdırmada qeyd olunub ki, keçən il korona virusunun yayılmasını yavaşlatmaq üçün tətbiq edilən məhdudiyyətlər digər tənəffüs viruslarının qarşısını almağa kömək edib.

Qripdən hər il təqribən 11 min insanın öldüyünü qeyd edən mütəxəssislər bu il İngiltərədə qrip yoluxmalarında böyük bir artım olacağını gözlədiklərini açıqlayıb və genişmiqyaslı vaksinasiyanın bu riski azaltmağa kömək edə biləcəyini vurğulayıblar. Sağlamlıq rəsmiləri bu il Honq Konq qripinin son 50 ildə ən yüksək səviyyəyə çatacağından narahatdır.

İngiltərə İctimai Sağlamlıq Direktorunun müavini, professor Conatan Van-Tam qeyd edib ki, məhdudiyyətlər səbəbindən son bir ildə çox insan qripə yoluxmadı, buna görə də cəmiyyətimizdə hər zamankı qədər təbii immunitet yoxdur.

Bənzər bir çağırış ABŞ-da da edilib. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi həm koronavirusun, həm də qrip epidemiyasının bu qış eyni dərəcədə yayılacağı üçün əhaliyə qripə qarşı peyvənd olunmağı tövsiyə edib./publika.az /