İngiltərənin Baş naziri Boris Conson gündəlik koronavirus (Covid-19) səbəbiylə qeydə alınan ölüm nisbətlərinin azaldığını, normallaşma müddətində tətbiq ediləcək yeni qərar və dəyişiklikləri açıqlayıb.
Medicina.az xəbər verir ki, Baş nazir Conson, koronavirus səbəbiylə tətbiq olunan sosial məhdudiyyətlərə edilən dəyişikliklərin “diqqətli, mütənasib və təhlükəsiz” olacağını bildirib. Həmçinin də, “İkinci zirvə görüşünün qarşısını almaq üçün əlimizdən gələni etməliyik” deyə ifadə edib.
Conson, İngiltərədəki zooparklar və bəzi mərkəzlərin sosial məsafə qaydalarına riayət etmək şərti ilə bazar ertəsi günündən etibarən açılmasına icazə verildiyini söyləyib. Boris Conson, ibadət yerlərinin həftə sonu açılacağını açıqlayıb.
“Normallaşdırma prosesinin üçüncü addımı 4 İyuldan əvvəl başlamaz” deyən Conson, İngiltərədəki bütün dükanların bazar ertəsi günü açıla biləcəyini və iş yerlərinin Covid-19 tədbirlərinə uyğun gəlməli olduğunu qeyd edib.