Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İngiltərədə gənə virusu aşkarlandı - Dünyaya yayılır

  • 2023.04.06 10:34
  • 936 Baxış
İngiltərədə gənə virusu aşkarlandı -  Dünyaya yayılır
İngiltərənin bir neçə bölgəsində şiddətli meningitə bənzər simptomlara səbəb ola bilən gənə virusu aşkar edilib.


Bakupost.az xəbər verir ki, bu haqda İngiltərə Sağlamlıq Agentliyi məlumat verib.

Qurum insanlara çöldən gəldikdən sonra paltarları və bədənlərində gənə olub-olmadığını mütəmadi olaraq yoxlamağı tövsiyə edib.

Həmçinin, bu virusun yayılmasının qarşısını almaq üçün xəstəxanalarda testlərin dəyişdirilməsi tövsiyə edilib.
Səhiyyə işçiləri Yorkşir əyalətinin bəzi bölgələrində simptomsuz insanlardan alınan qan nümunələrində virusun olub-olmadığını yoxlayıb və yoluxma aşkarlanıb.

Virus Hampşir/Dorset və Norfolk bölgələrində də aşkarlanıb.

Gənələrin daşıdığı virus dünyanın bir çox ölkəsində yayılıb.

Virusun simptomlarına asemptomatik infeksiya və bəzi hallarda baş ağrısı, boyun sərtliyi, çaşqınlıq və ya huşsuzluq, mərkəzi sinir sisteminin ağır infeksiyası daxildir.