Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İngiltərədə əhalinin yarıdan az hissəsi peyvənd ediləcək - SƏBƏB

  • 2020.10.05 10:43
  • 1161 Baxış
İngiltərədə əhalinin yarıdan az hissəsi peyvənd ediləcək  - SƏBƏB


İngiltərə dövlət rəsmiləri ölkə sakinlərinin yarısından az hissəsinin koronavirusa qarşı peyvənd ediləcəyini planlaşdırır.

Medicina.az TASS-a istinadən xəbər verir ki, bunu İngiltərə hökumətinin peyvənd üzrə işçi qrupunun rəhbəri Keyt Binqem “Financial Times” saytına müsahibəsində bildirib.

O əhalinin hamısının peyvəndlənməsinin yanlış olduğunu bildirib: “18 yaşınadək insanlar peyvənd edilməyəcək. Bu, yalnız böyüklərə, əsasən 50 yaşdan yuxarı insanlara aid ediləcək. 67 milyon əhalisi olan İngiltərədə 30 milyon insanın peyvənd olunacağı planlaşdırılır”.

Qey edək ki, bu günə qədər İngiltərədə klinik sınaqlardan keçən on milyonlarla 6 perspektivli namizəd peyvənd var.