Ən uzunömürlü kraliça II Yelizavetanın uzunömürlük sirri çoxları üçün maraqlıdır.
«Medicina” xəbər verir ki, kraliçanın şəxsi aşpazı Darren Makqreydi 96 yaşa qədər yaşamasının səbəbini açıqlayıb.
“Onun əsas sirri balanslaşdırılmış qidalanma idi. O mövsümündə çoxlu tərəvəz, meyvə, orqanik ərzaqlar yeyər və əla keyfiyyətli çay içərdi.
Çayı əsasən günortadan sonra içərdi. Çaydan sonra o losos və xiyardan sendviç yeyir, arada şokoladlı biskvitdən imtina etməzdi.
II Yelizaveta şokolad, alman çaxırı və Cin kokteylini sevərdi. O həmçinin itlərini özü gəzdirər, at sürərdi.
Aygün Musayeva