Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İngiltərə Baş nazirinin gəlini də koronavirusa yoluxub

  • 2020.04.07 14:43
  • 1760 Baxış
İngiltərə Baş nazirinin gəlini də koronavirusa yoluxub


İngiltərənin Baş naziri Boris Consonun 32 yaşlı gəlini Carrie Symonds, Twitter’də “koronavirus simptomlarından” əziyyət çəkdiyini yazıb.

Carrienin hamiləliyin son ayları olması vəziyyəti lap çətinləşdirir.


"Bu həftə koronavirusun əsas simptomları ilə yataqda yatdım. Testlərə ehtiyac duymuram. Yeddi günlük istirahətdən sonra özümü daha yaxşı hiss edirəm və sağalıram. Hamiləlik dövründə COVID-19 birbaşa təhlükədir və daha çətindir. Əgər mənim kimi simptomlardan şikayətiniz varsa, xahiş edirəm tövsiyələrə əməl edin, son dərəcə diqqətli olun.”deyə Carrie yazıb.

Carrienin xəstəlik xəbəri Boris Consonun koronavirus testinin cavablarının müsbət olduğunu təsdiqlədikdən səkkiz gün sonra gəldi.


Şotlandiyada özünü təcrid edən şahzadə Çarlz kimi Conson da xəstəliyi yüngül keçirdir. Conson COVID-19 testləri müsbət çıxdıqdan sonra Dauninqdəki rəsmi iqamətgahında karantinə getmişdi.


Xatırladaq ki, Kanada Baş nazirinin həyat yoldaşı Sofi Gregoire-Trudeau da koronavirusa yoluxmuşdu.