Medicina.az Time jurnalına istinadən xəbər verir ki, Kolumbiya Universitetinin professoru Eleyn Larson hər gün duş almağın infeksiya riskini dəfələrlə artırır. Bədən dərisinə yuyucu vasitələrin təsiri onların təbii nəmlənməsi prosesini pozur, üst müdafiə qatını azaldır, qurudur. Nəticədə dərinin üzərində yalnız mikroskop altında görünən mikroçatlar yaranır, burdan da patogen mikroblar dəri altına keçir.
" İnsanlar daha çox təmizlik üçün çimir, hesab edirlər ki, nə qədər təmiz olsalar biro qədər mikroba, virusa yoluxmazlar. Lakin bakterioloji baxımdan əksinədir – deyə Larson bildirir ki, hər gün çimmək dərinin təbii yağını yuyur, bakterial mikrofloranı pozur, bu bakteriyalar immun sistemin işini dəstəkləyirdi.
Ən təhlükəli məqam isə çimərkən antibakterial sabun, gellər, losyonlardan bol istifadə etməkdir. Professorlar bu vasitələrdən birdəfəlik imtina etməyə səsləyir.
İdeal variant həftədə 1-2 dəfə çimmməkdir. Təmizlik üçün əl-üzünüzü yumaq, gündəlik paltarlarə dəyişməkdir. Tər qoxusuna qarşı isə hər gün qolaltını yumaq bəs edər. Saçları da həftədə 2 dəfədən artıq yumaq düzgün deyil.