Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnfeksionist yoluxmanın artmasından danışdı: "Artıq həyəcan təbilidir"

  • 2021.03.17 14:17
  • 1743 Baxış
İnfeksionist yoluxmanın artmasından danışdı:  "Artıq həyəcan təbilidir"

Yoluxma sayı 1000-ə çatıb. Bu, artıq həyəcan təbilidir.

Medicina.az xəbər verir ki, bunu "milli.az”a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib.

İnfeksionist bildirib ki, COVID-ə yoluxmaların qarşısını almaq üçün bayramqabağı gəl-getlər azaldılmalıdır:

"Müəyyən qaydalara daha ciddi şəkildə əməl olunmalıdır. Maskadan istifadə, sosial məsafə kimi qaydalara daha ciddi şəkildə diqqət yetirilməlidir. Digər tərəfdən, indi bayramqabağı gəl-getlər bir az artıb. Çalışmaq lazımdır ki, sosial təcrid məsələsinə diqqət edilsin.

Evdə əgər bir nəfər koronavirusa yoluxubsa, digər ailə üzvləri özlərini qorumalıdırlar. Yoluxan şəxs də özünü azı iki həftəlik izolyasiya etməlidir. Bu qaydalara əməl olunsa, əvvəlki normal həyata qayıtmaq olar".

Xatırladaq ki, dünənki statistikaya görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 980 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər vəfat edib.