Müxtəlif infeksion xəstəliklər, hətta qrip və koviddən sonra bəzi insanlarda, xüsusən immuniteti zəifləmiş şəxslərdə göbələk xəstəlikləri, qara kif yarana bilər.
Bakupost xəbər verir ki, immunoloq Jemçuqov göbələk və qara kif yarana biləcək xəstə qruplarını açıqlayıb.
Bunlar QİÇS, diabet, xərçəng xəstələri, zülal defisiti olanlardır.
Bu hallar nadir olsa da, qorxmaq lazım deyil, lakin ehtiyatlı olmalısız.
Əgər xəstə ard-arda infeksiyaya yoluxub, güclü antibiotik dərmanları qəbul edirsə, o zaman qara kif ehtimalı artır.
Bu zaman xarakterik simptomlar olur.
Daxili göbələk ürəyi zədələyə, mədə-bağırsaq, qaraciyər, sinir problemləri verə bilər. Hətta ağciyər və beyni də zədələyə bilər.
Əgər insanın kovidə yoluxana qədər səhhəti ilə bağlı çoxsaylı problemləri olubsa, virusdan ağırlaşma ala bilər.
Ona görə belə xəstələr infeksiyadan sağaldıqdan sonra da bir müddət həkim müşahidəsində olub, göbələyə qarşı müayinələr olmalıdır.
Ardıcıl olaraq Omikron və qripə yoluxanlarda da bur risk artır.