Gündəlik çuğundur şirəsi qəbulu infarkt riskini azaldır.
Alimlərin araşdırması göstərib ki, 6 ay ərzində hər gün şirə içmək xəstələrdə infarkt riskini azaldıb.
“Medicina” xəbər verir ki, həkim – kordioloq Oleq Varfolomeyin sözlərinə görə, müəyyən tərəvəz suyu içmək infarkt riskini əhəmiyyətli dərəcədə azalda bilər.
“Konkret olaraq, onlar müəyyən ediblər ki, stent qoyulduqdan sonra altı aya qədər hər gün şirə içmək angina pektorisi olan xəstələrdə infarkt ehtimalını və ya ikinci stendləşməyə ehtiyacı azaldır.
Tərəvəzdə olan nitrat mərkəzi simpatik axını modulyasiya edir.
Ona görə də stentə göstəriş olan və artıq stent qoyulan xəstələr çuğundur şirəsi içə bilər”.
Aynurə Məmmədova