Məlum olduğu kimi, qrammənfi və qrammüsbət bakteriyalar orqanizm üçün çox təhlükəli sayılırlar. Bu bakteriyalar kariesin, vərəmin və bu kimi bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Lakin onların qoz vasitəsilə məhv etməyin mümkünlüyü sübut olunub. Görüntüsü böyrəyi xatırladan qoz növü Braziliyanın Şərq bölgəsində yetişir. Lakin istənilən ölkənin iri marketlərində bu qozlara rast gəlmək mümkündür.
Braziliya qozu (anakardiya) satışa qabığı soyulmuş halda çıxarılır. Buna səbəb isə qoz ləpəsinin pərdəsində zəhərli maddələrin olmasıdır. Ləpəni örtən pərdə isə öz toksiki təsirini qozun qabığı sındırıldıqdan sonra göstərməyə başlayır.
Braziliya qozunun tərkibində maqnium, fosfor, marqans, sink, yağ digər meyvələrə nisbətən daha çoxdur. Bu qozun tərkibi 82% süzülməmiş yağlardan, 66% yağ turşularından ibarətdir. Bunların isə ürəyə faydası zeytun yağının faydasından daha da artıqdır.
Mütəxəssislərin araşdırmaları süzülməmiş yağların nəinki ürək, hətta şəkərli diabet xəstələri üçün də faydalı olduğunu qeyd edirlər. Bu yağlar qanda triqliseridlərin miqdarını azaldır və infarkt riskini tamamilə aşağı salır. Bu səbəbdən həkimlər sağlamlığının qeydinə qalmaq istəyənlərə hər gün bir neçə Braziliya qozu yeməyi məsləhət görür.
Bu qoz orqanizmdə aşağıdakı müsbət dəyişikliklərə səbəb olur:
1. Qoz orqanizmdə olan qrammənfi və qrammüsbət bakteriyaları öldürür. Buna səbəb də onun tərkibində olan və nadir halda təbiətdə var olan turşuların olasıdır. Bu turşular karies və pnevmoniya əmələ gətirən bakteriyaları məhv edir.
2. Hər səhər acqarına qoz yemək öd kisəsindəki xırda daşların tökülməsinə səbəb olur. Həftədə ən az 30 qram qoz yemək öd kisəsi daşlarının əmələ gəlməsinin qarşısını alır.
3. Hər gün qoz yemək çəkinin artması təhlükəsini aradan qaldırır. Belə ki, mütəxəssislər 28 ay 8800 qadın üzərində araşdırma aparıblar. Araşdırma zamanı qadınların yarısına həftədə ən az 2 dəfə qoz yeməyi tapşırıblar. Araşdırmanın nəticəsi olaraq qoz yeyən qadınların digər qadınlardan 31% az çəki yığdığını müəyyən edilib.
4. Qoz yemək ürək-damar sisteminin möhkəmlənməsinə səbəb olur.