Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnfarktın gizli siqnalı - Aylar əvvəldən hiss edilir

  • 2025.01.09 15:03
  • 634 Baxış
İnfarktın gizli siqnalı -  Aylar əvvəldən hiss edilir
İnfarkt ölkəmizdə və dünyada ən çox ölüm səbəblərindən biridir.

Medicina.az xəbər verir ki, infarktın ən çox görülən simptomlarına şiddətli sinə ağrısı və qolun uyuşması daxildir.

Mütəxəssislərin fikrincə, infarktın aylar əvvəl ortaya çıxan və heç kimin əhəmiyyət vermədiyi başqa bir əlaməti də var.

Bu soyuq tərdir.




Kardioloq Zi-Jian Xu soyuq tərin xüsusilə şübhəli ola biləcəyini izah edib:

"Bəzi insanlarda infarktın əlamətləri aylar və ya daha uzun müddət əvvəl görünə bilər. Bəziləri isə infarkt keçirməzdən əvvəl heç bir şey yaşamaya bilər. Bununla belə, tərləmə mütəxəssislər tərəfindən erkən xəbərdarlıq əlaməti kimi qeyd olunur".

Dr. Zi-Jian Xu bildirir ki, tərləmədən başqa infarktın digər əlamətləri də var. Erkən simptomlar sinə ağrısı,, ürək döyüntüsü və nəfəs darlığıdır.





Erkən infarkt əlamətləri infarkt keçirən şəxslərin 50 faizində baş verir. Bu simptomlara aşağıdakılar daxildir:

- Döş qəfəsində yüngül ağrı və ya narahatlıq, sinə ağrısı olaraq da bilinir.

- Çiyində ağrı

- Boyun və çənə ağrısı

- Tərləmək

- Ürəkbulanma və ya qusma

- Başgicəllənmə və ya huşunu itirmə

- Nəfəs darlığı

- Narahatlıq

Aygün Nəbiyeva
Medicina.az