Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnfarktdan sonra seksə icazə varmı?– Alimlər

  • 2019.08.07 17:12
  • 20219 Baxış
İnfarktdan sonra seksə icazə varmı?–  Alimlər
İnfarkt keçirmiş kişilər çox zaman hətta həkim tövsiyyəsi ilə müalicə ərəfəsi cinsi münasibətdən uzaq durur,bunun ürəyinə yük olacağını, infarktı təkrarladacağını düşünür və qorxur. Buna görə infarktdan sonra ailələrdə ər-arvad arasında problemlər yaşanır.


Medicina.az xəbər verir ki, İsrail alimləri bildirir ki, infarktdan sonra seksdən uzaq durmaq yox, əksinə məşğul olmaq lazım və vacibdir. Onların apardığı elmi araşdırmalar göstərib ki, infarktdan sonra müntəzəm cinsi əlaqə xəstənin ömrünü uzadır. 


20 il ərzində 1120 kişi və qadın üzərində aparılan müşahidələr sübut edib ki, infakrtdan sonra həftədə 1 dəfə cinsi əlaqədə olan ürək xəstəsi kişilər sağqalma və təkrar infarktdan qorunma faizini 12% artırıb. 


Bu xəstələr üçün ideal rejim həftədə 1 dəfədir. Məhz bu rejimə əməl edənlər digərlərinə nisbətən 37% daha az erkən ölümdən qaça biliblər. 

İntim planda aktiv olmayanlar hipertoniya, diabet, qanda xolesterindən də əziyyət çəkiblər.


Həmçinin sübut olunub ki, həftədə 1-2 dəfədən az intim münasibətdə olanlar və partnyoru olmayan insanlar digərlərindən 28% daha çox infarkt olur. Ona görə həm infarkt olmamaq, həm də infarkt olduqdan sonra da həftədə 2 dəfə müntəzəm cinsi əlaqə hər kəs üçün vacibdir – deyə alimlər bundan qorxmamağa çağırıb.