Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnfarktdan sağ çıxanlar 1 ay əvvəl nə hiss etdiklərini AÇIQLAYIB

  • 2022.10.27 15:59
  • 1992 Baxış
İnfarktdan sağ çıxanlar 1 ay əvvəl nə hiss etdiklərini    AÇIQLAYIB


İnfakrtdan sağalanlar 1 ay əvvəldən hansı simptomları hiss etdiklərini xatırlayıb.

"Medicina" xəbər verir ki, alimlər 500 qadını sorğuya alıb.

"Ürək tutması qəfil baş verə bilər. Bu zaman sinədə dəhşətli ağrı, sancı, nəfəs darlığı olur.

Lakin xəstələrin 95%-i tutmadan öncə dəyişiklik hiss ediblər.
Onlar infakrtdan 1 ay öncə özlərində qəribə gücsüzlük hiss etdiklərini deyib.
Bəzi qadınlarda ciddi yuxu pozulması baş verib.

Onlar o qədər yorğun olub ki, səhər yataqlarını yığışdırmağa belə güc tapmayıblar.
Siyahıda zəiflik, yapışqanlı tər, ürəkbulanma, başgicəllənmə də var.

70% qadınlar həddən artıq yorğunluq, yuxu pozulması yaşayıb.
Bu əlamətlərə vaxtında diqqət edilsə, geniş ürək infarktının qarşısı alınardı".


Aygün Musayeva