Qadınlarda infarkt kişilərlə müqayisədə 1,5 qat daha ölümcül təsirə malikdir.
Medicina.az xəbər verir ki, bu barədə türkiyəli mütəxəssis Atakan Yanıkoğlu danışıb. Onun sözlərinə görə, qadınlarda diaqnoz daha gec qoyulduğu üçün nəticəsi daha acınacaqlı olur:
"Ancaq klimaks keçirdikdən sonra ürək xəstəlikləri qadınlarla kişilər arasında eyni risk payı daşıyır”.
Həkim infarkt keçirən şəxslərə bəzi məsləhətlər də verib. O, infarkt olmuş şəxsin həmin vaxt qətiyyən yatmamalı olduğunu deyib:
"Xəstə oturmalı, boğazını sıxan qalstuk varsa onu açmalıdır. Ən qısa zaman çərçivəsində xəstəxanaya çatdırılmalıdır. Hər keçən dəqiqə xəstəni ölümə daha da yaxınlaşdırır”.
Şəhanə Quliyeva