Miokard infarktı zamanı xəstələrin demək olar ki, yarısı xəstəxanaya çatmadan dünyasını dəyişirlər.
Medicina.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyevin sözlərinə görə, bəzi az bilinən simptomlar var ki, onlar insanda infarktın yaxınlaşmasına işarə edə bilər.
- Yaxınlaşan infarkt nəfəs darlığı, sinə ağrısı və güclü narahatlıq hissi ilə özünü büruzə verir.
- Sinədə hiss edilən və 20 dəqiqədən az davam edən ağrı olur.
- Yandırıcı ağrı sinədən sol qola (bəzən hər iki qola), kürəyə, çiyinə, çənəaltı nahiyəyə, epiqastral (qarının üst hissəsi) nahiyəyə yayılır.
- Tər basma, ürəkdöyünmə, başgicəllənmə, huşun itirilməsi kimi şikayətlər olur.
- Ürəkbulanma, qusma və kəskin halsızlıq şikayəti olur.