Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnfarkt olub-olmadığını göstərən analiz hansıdır? - İlk 3 sutkada verilməlidir

  • 2021.10.26 16:00
  • 3160 Baxış
İnfarkt olub-olmadığını göstərən analiz hansıdır? -  İlk 3 sutkada verilməlidir
Bir çox xəstəliklər kimi ürəyin infarktı və infark önü vəziyyətlərində qanda dəyişikliklər olur.

Bəs infarktı qan analizi ilə təyin etmək mümkündürmü? Əlbəttə, onun da öz analizi var və kardioloqlar bunu yaxşı bilir.

Medicina.az xəbər verir ki, Troponin I adlanan analiz ürək əzələsi – miokardda çox olan xüsusi zülallardır.
Məhz troponin analizi xəstədə miokard infarktının gizli gedişatında köməyə çatır.

Həkimlər EKQ ilə diaqnozu dəqiq görə bilməyəndə bu analizi təyin edir.

Tibbdə Troponin I analizi qızıl standart hesab edilir.

Analiz necə verilir?

- Xəstə analizdən 3-4 saat öncə yemək yeməməlidir
- Fiziki, emosional gərgin olmamalıdır
- Analizdən 1 saat öncəyə kimi siqaret çəkməməlidir

Adətən ürək rahat olanda tropinin qanda o qədər az olur ki, analizdə ölçülmür. Amma ən cüzi miokard kəskinləşməsi zamanı onun miqdarı qanda artır.

Analizdə troponinin kəskin artması infarkt və digər ürək xəstəliklərinə işarədir. Bu o deməkdir ki, ürək əzələsində hüceyrələrin ölümü baş verir.

İnfarkt keçirmiş xəstədə qanda troponinin yüksəkliyi hələ 15 gün qalır.

Qanda troponin analizini özünüz də verə bilərsiniz. Əgər ürəkdə infarkta şübhə varsa, yaxşı olar ki, analizi ilk 3 sutkada verəsiz.