Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnfarkt olmamaq üçün bunu edə bilərsiz

  • 2023.12.21 15:46
  • 1443 Baxış
İnfarkt olmamaq üçün bunu edə bilərsiz

İnfarkt riskini 27% azaldan üsul açıqlanıb.


“Medicina” xəbər verir ki, alimlər konkret tədqiqatla qrip peyvəndinin ürək tutmalarını azaltdığını sübut edib.


Onlar 9000 pasiyentin tibbi məlumatını təhlil edib. Onlardan 4500 nəfəri qrip vaksini olunub, qalanlarına plasebo vurulub.

Hər iki qrupun 9 ay müşahidəsi göstərib ki, vaksin edilən qrupda 86 nəfər infarkt keçirib, 116 nəfər isə digər qrupdan olub.

Vaksin olunanlar arasında infakrtdan ölüm də 33% az olub.


Yaşlı insanların qripə yoluxması sistem iltihabı və damar problemini artırır. Qrip yaşlıları digər ikincili bakteriyalara qarşı da həssas edir.

Tədqiqat təsdiq edib ki, qrip vaksini 60 yaş yuxarı insanlar, xəstələr və hamilələr üçün çox vacibdir. Astma, bronxit, diabet, böyrək və ürək xəstələri xüsusilə vaksin olunmalıdır.


Aygün Musayeva