Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnfakrt olacağınızı 1 ay öncədən - necə bilməli?

  • 2023.11.20 15:19
  • 1541 Baxış
İnfakrt olacağınızı 1 ay öncədən   -  necə bilməli?


90% ürək tutması keçirmiş xəstələr infarktdan təxminən 1 ay öncədən xəbərdaredici siqnalları hiss etdiklərini etiraf ediblər, amma buna əhəmiyyət verməyiblər.


“Medicina” xəbər verir ki, kardioloq Oleq Varfolomeyev pasiyentlərin aylar öncə nələr hiss etdiyini açıqlayıb.



“500 qadında aparılan sorğu göstərib ki, infarkdan 1-2 ay əvvəl artıq özlərini narahat hiss etməyə başlayıblar.


Bəzi insanlar hətta heç bir ön simptom hiss etmir, infarkt isə qəfildən olur.

1-2 ay öncədən bunlar hiss oluna bilər:

- Döş qəfəsində yüngül və orta diskomfort
- Ürək ritminin çox sürətlənməsi və qəfildən döyüntü
- Kürək, boyun, çənə, qollarda ağrı, doskomfort, ağırlıq
- Sərin, soyuq tər

- Təngnəfəslik
- Səbəbsiz ürəkbulanma
- Yorğunluq
- Gecələr narahat yatmaq

Döş qəfəsində istənilən hiss – dolma, sıxılma, ağırlıq, ağrı, yanğı kardioloqa getməyə səbəbdir.

İnfarkt keçirən adam hətta bunlardan birini hiss edə bilər. Pilləkən çıxma, qaçma, fiziki iş zamanı simptomlar artırsa, bu ciddi siqnaldır.

Bu əlamətləri stress, qocalığa yozmayın, nə qədər erkən müalicətə başlasaz, ürəyi bir o qədər çox qoruyarsız.

Ürək çatışmazlığının qarşısını almaq üçün normal fiziki aktivlik, gəzmək, siqaretdən imtina, düzgün qidalanmaq lazımdır”.


Aygün