Pediatr Xəyalə Quliyeva
Uşaqlarda inək südü allergiyasi tərkibindəki zülala qarşı olan ve özünü dəridə səpgilər, qusma, ishal, bəzi hallarda qəbizlik, nəfəsdarlığı və digər əlamətlərlə birüzə verən allergiya növüdür. Ümumiyyətlə 1 yaşa qədər istifadəsi pediatrlar tərəfindən tövsiyyə edilməyən qidalara daxildir.
1. İnək südü həddindən çox qələvi, zülal, protein tərkibli olduğundan körpənin böyrəkləri artıq yüklənər və bu da yaxın müddətdə böyrək xəstəliklərinə yol açar.
2. Bu südü dəmir və vitamin C ilə zənginlik baxımından az olduğu üçün bağırsaqlarda qanaxmalara və anemiyaya səbəb ola bilər.
3. Yüksək allergenlik qabiliyyətinə malik olduğu üçün körpələr ilk ildə daha çox tənəffüs sistemi xəstəlikləri və allergiyadan əaziyyət çəkərlər.
4. Tərkibində omeqa 3, 6 olmadığına görə, sinir sistemi, görmə orqanları, beyin hüceyrələrinin inkişafı azalar.
5. Tərkibində D vitamin az və fosfor çox olduğuna görə, D vitamini defisitinə sümüklərdə inkişaf pozğunluqlarına səbəb olar.
6. Tərkibində yağların miqdarı çox olduğuna görə, mədə-bağırsaq tərəfindən gec həzm olunar, bağırsaq sancıları və qəbizliyə səbəb olar.
7. Yodun miqdarı az olduğuna görə, zəkanın inkişafı azalmış olar, yəni İQ testindəki nəricə digər uşaqlarla müqayisədə ən azı 13 say fərqi ilə özünü göstərər.
İnək südü allergiyasi genetik meyilli olan uşaqlarda ilk 0-3 yaş arası özünü birüzə verir. Burda əsas diqqət ediləcək məqamlar:
1. Uşaqlarda ən çox görülən hal olmaqla bərabər 80% hallarda 3 yaşa qədər keçir.
2. Süd verən analarda inək südü qəbulu ilə əlaqədar uşaqda səpgi ishal qəbizlik nəfəsdarlığı və s. baş verərsə ana öz südünü verməyə davam etməlidir,lakin qida rasionundan inək südü çıxarılmalıdır.
3.Əgər uşağa pediatr allerqoloq tərəfindən süd protein allergiyası diaqnozu qoyulubsa uşağin 6-18 ayına qədər inək südü və ondan hazırlanmış məhsullar –qatıq ,süzmə,kəsmik,kərə yağı,pendir qida rasionundan tamamilə çixarılmalıdır.
Sonda isə onu qeyd etmək istəyirəm ki əgər uşaqlarınızda bu əlamətlər ilə rastlaşarsanız vaxtında pediatr allerqoloqa müraciət etməniz tövsiyyə olunur.