Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İndoneziyada koronavirus təhlükəsi - Məzarlıqlar genişləndirilir

  • 2020.09.22 12:55
  • 2141 Baxış
İndoneziyada koronavirus təhlükəsi  - Məzarlıqlar genişləndirilir
İndoneziyada koronavirusa yoluxanların sayı artmağa davam edir. Paytaxt Cakartada yeni məzar yerləri qazılmağa başlandı.

Medicina.az bildirir ki, İndoneziya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, ölkədə daha 4 min 176 nəfər koronavirusa yoluxub. Bu indiyə qədər ən yüksək rəqəm olub.

Ölkədə yoluxanların ümumi sayı 248 min 852, ölənlər 9 min 677, virusdan sağalanların isə 180 min 797-ə çatıb.

Yoluxanların sayının artmasından sonra hökumət məzarlıqları genişləndirməyə başladı. Paytaxtda ölənlərin dəfn edildiyi Pondok Ranqqon məzarlığında 1000 ədəd məzarın qalması səbəbi ilə genişləndirilmə işlərinə başlanıldı.


Aygün Nəbiyeva