Epidemiologiya institutunun direktor müavini Tatyana Rujençova hazırda mövsümlə əlaqədar həm qripə, həm kovidə eyni vaxtda yoluxmağı fərqləndirməyin yollarını açıqlayıb.
Medicina.az xəbər verir ki, bu yoluxma zamanı simptomlar bir-birinə qarışır.
“Qripin əlamətləri çox sürətlə, 2 gün ərzində artır, xəstənin hərarəti bir neçə saata 38-ə çata bilər, baş ağrıyır, burun axır.
Koviddə isə əksinə hər şey tədricən, asta-asta olur. Əgər xəstədə dad, iybilmə itibsə, eləcə də həddən artıq halsız və əzələ zəifliyi varsa, deməli kovidə yoluxub.
Eləcə də koviddə qarın, mədə-bağırsaq da prosesə qoşulur, qripdə isə bunlar olmur. Qriplə kovidi ancaq testlə təyin etmək olar. Yaxma testindən sonra xəstə üçün əsasən kovid müalicəsi seçilir. Çünki bu zaman istifadə olunan preparatlar qripə də təsir edir. Əlavə dərmanlara ehtiyac olmur.
İlk dəfə belə yoluxma İsraildə rast gəlinir.
Peyvənd olunmayanlar belə ikili yoluxmaya daha çox məruz qalır".
Aygün Musayeva