Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“İndiki rəqəmlərdə “Delta” ştamını görürük” - Baş infeksionist

  • 2021.08.11 16:35
  • 2164 Baxış
“İndiki rəqəmlərdə “Delta” ştamını görürük” -  Baş infeksionist

“Biz bu gün daha yoluxucu olan “Delta” ştamı ilə üzləşmişik. İndiki rəqəmlərdə bunu görürük”.

Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, Britaniya ştamında belə yoluxma hallarının sayı belə sürətlə olmayıb:

“Qonşu Gürcüstanda gündəlik 5000-dən yuxarı yoluxma halı baş verir. İnsan belə bir pandemik dövrdə həyat tərzini qiymətləndirməlidir. Hansısa qapalı yerə getməmək, təmaslardan uzaq durmaq və sairə. Biz də bu yollarla əhali olaraq dövləti dəstəkləyərik”.