Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İndi yayılan qripdə 3 virus birləşib: donuz, quş və insan...

  • 2022.12.30 16:06
  • 1932 Baxış
İndi yayılan qripdə 3 virus birləşib: donuz, quş və insan...

Hazırda qrip və donuz qripi epidemiya halını alıb.

H1N1 virusuna daha çox uşaqlar yoluxsa da, virusun qadınlar üçün daha təhlükəli olduğu deyilir.

Bakupost.az xəbər verir ki, bu ştamda bir neçə virusun komponenti var: donuz, quş, insan qripi.

Bu ştamm 13 il əvvəl ilk dəfə Meksikada insanda aşkarlanıb.

Həmin dövrdə bu ştamm yayılaraq, kiçik pandemiya şəklində bütün dünyanı tutdu.

Amma ən təhlükəlisi və başlıcası bu virus üçün xəstəlikdən sonra ikincili immunodefisit yaratmasıdır.
H1N1 qripi də kovid kimi özündən sonra postxəstəlik dövrü gətirir.

Postqripp xəstəlikdən sonrakı 1-2 il ərzində immunitetin zəifliyi nəticəsində xəstənin müxtəlif simptomlarla mübarizə aparmasıdır.

Qrip ağırlaşma və neqativ təsirinə görə koviddən geri qalmır, eləcə də kişi və qadın reproduktiv sistemi üçün təhlükəlidir.

Belə ki, bu ştammın qadın yumurtalıqlarına mənfi təsir edildiyi sübut olunub.