Koronavirusun “Kraken” adlanan yeni ştamı nə dərəcədə təhlükəli və ölümcüldür?
"Medicina" xəbər verir ki, bu barədə pulmonoloq Oksana Andronova danışıb.
"Yeni ştamın əlamətləri "Omikron"dan çox da fərqlənmir. Xəstələrdə qızdırma, öskürək, burun axması, asqırma və bədən ağrıları olur. Xəstələr 12 gün evdə qalmalıdır. Xroniki xəstəliyi olanlar üçün xəstəlik elə qrip, Omikron qədər təhlükəlidir.
İctimai yerlərdə maska rejiminə riayət etmək, yaşayış və istehsalat binalarının müntəzəm havalandırılması, təmizlənməsi və əlbəttə ki, şəxsi gigiyena vacibdir. Yoluxmamağı qarşınıza məqsəd qoyun"
Aygün Musayeva