Hazırda yazın ən faydalı bitkisi olan əməköməcinin mövsümüdür. Bu faydalı bitki çox yerdə, hətta yol kənarlarında bitir.
Medicina.az xəbər verir ki, nə qədər ki, əməköməci var, onunla immunitet və ciyərlərinizi möhkəmlədib, təmnizlədib. elə koronavirusla mübarizədə istifadə edə bilərsiz.
Əməköməcinin tərkibində çox miqdarda selik olduğundan ağciyər xəstəliklərində bəlğəmgətirici kimi istifadə olunub. Eyni zamanda qastrit, mədə-bağırsaq yaraları zamanı yaranın üzərini bürüyür və sağalmasını sürətləndirir. Bu məqsədlə əməköməcinin dəmləməsi içilir.
Əməköməci bitkisinin tərkibində olan malvin adlı maddə çox güclü mikrob və bakteriya öldürücü xüsusiyyətə malikdir. Məsələn, ağızda əmələ gələn yaralar gec sağalırsa, tez-tez angina baş verirsə, bir dəstə əməköməcini çeynəyib suyunu udmaq, oduncağını isə ağızdan çıxarmaq yaxşı təsir edir.
Əməköməcinin otunda olan bioloji aktiv maddələr dəriyə müsbət təsir edir, sağalmayan yaralarda, çibanlarda bitki əzilir, yaranın üzərinə təpitmə kimi qoyulur, az bir vaxtda yaranı sağaldır. H
Bu bitkinin çox gözəl dovğası və qutabı da olur. Amma sadəcə yığıb, yuyub yeyə də bilərsiz.