Dünyada ilk genetik modifikasiya olunmuş insan Çində doğuldu. İnsan embrionunun genomasının redaktə olunması ilə dünyaya gəlmiş əkizlər- Lulu vı Nanadır.
Medicina.az xəbər verir ki, layihənin rəhbəri, genetika alimi Xe Çzyankuy bildirib ki, CPİSPR Cas 9 texnologiyası ilə embrionlardan bir gen ləğv olunub. Bununla da uşaqların QİÇS-ə qarşı dözümlülüyü formalaşacaq.
Beynəlxalq ekspertlər bu redaktənin İİV virusuna yoluxmanın qarşısını almaqda effekt verəcəyini etiraf edir. Amma ləğv olunmuş CCR5 geni orqanizmdə həm də digər çoxsaylı funksiyaları yerinə yetirir. O həm də Nil qızdırması virusuna yoluxmağa mane olan qan hüceyrələrinin işini təmin edirdi. BU genin olmamasının uşaqların orqanizmdə gələcəkdə hansısa neqativə səbəb olacağını zaman göstərəcək.
İstisna olunmur ki, Cas zülalının olmaması digər hüceyrələrin də işinə təsir edərək, müxtəlif patologiyalar yaradacaq.