Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İncə dodaqları necə dolğunlaşdırmaq olar? - MƏSLƏHƏT

  • 2019.11.23 14:54
  • 5884 Baxış
İncə dodaqları necə dolğunlaşdırmaq olar? -  MƏSLƏHƏT
Dolğun dodaqlar hər qadının xəyalıdır. Bunun üçün estetik cərrahiyə müraciət edənlərin sayı isə kiçik hesab edilə bilməyəcək qədər çoxdur. Halbuki kiçik makyaj hiyləsi və yaxşı bir pomada sürmə texnikasıyla dodaqlarınızı dolğun göstərmək əlinizdədir.

 

Medicina.az xəbər verir ki, ehtiyacınız olan yalnız pomada və dodaq qələmidir.


Yalnız makiyajla daha dolğun dodaqlara sahib olun 

Pomadanızı seçərkən yağlı olmayan, mat bir pomada seçməlisiniz. Dodaq Qələminiz isə incə və iti uclu, pomadanızla eyni rəngdə olmalıdır.


Dodağınızın ətrafına və xarici qisiminə qələmlə incə bir xətt çəkin. Alt və üst dodağınızın uclarını birləşdirməməyə diqqət edin, yoxsa ağzını hərəkət etdirdikcə bu qisimdəki pomada dağıla bilər.


Alt dodağınızı qələmlə çəkərkən dodağınızın ortasına çox qövs etməyin, daha düz bir xətt çəkin. Daha sonra pomada ilə çəkdiyiniz qələmin içini doldurun. alt dodağınızın ortasına gələn hissəyə pomadanızın rəngində, bir ton açıq bir başqa pomada ilə şaquli kölgə edin. Pomadanın üzərinə incə bir təbəqə parladıcı çəkərək dolğun və seksual dodaqlara qovuşun.


Dodaqları dolğun və qalın göstərmə texnikaları:

Dodaq rənginizlə uyğun bir dodaqlı qələmi seçərək dodaq xətlərini bir az yuxarı və aşağı doğru sürüşdürərək dodaqlarınızı daha qalın hala gətirə bilərsiniz.

Dodaqları dolğun göstərən pomadalardan istifadə edə bilərsiniz.


Dodaq xətləri bağlayıcı makyaj məhsulları ilə bağlandıqdan sonra istəsəniz qələmlə və ya pomada ilə daha geniş bir sahəyə sürərək dolğun dodaqlar əldə edə bilərsiniz.



Tünd tonda dodaq pomadaları yerinə canlı və parlaq rəngləri istifadə edin. Bu sayədə dodaqlarınız daha dolğun görünəcək Dodaqlarınıza qulluq etməsəniz dodaqlarının incə görünər. Çatlaq, cansız və quru dodaqlar olduğundan incə görünür.
İncə dodaqları necə dolğunlaşdırmaq olar? -  MƏSLƏHƏT
İncə dodaqları necə dolğunlaşdırmaq olar? -  MƏSLƏHƏT