Əməkdar artist Mehriban Xanlarovanın ailəsinə ağır itki üz verib.
Medicina.az xəbər verir ki, aktrisanın qardaşının həyat yoldaşı vəfat edib.
Bu haqda Xanlarova özü məlumat verib:
"Qardaşımın həyat yoldaşı yoluxmuşdu və peyvənd olunmadığı üçün xəstəliyi çox ağır keçirərək dünyanısını dəyişdi. Kim COVID-19 virusunun olduğuna inanmırsa, xəstəxanalara gedib öz gözü ilə bu xəstəliyə yoluxanların necə əziyyət çəkdiklərini görə bilər".