Elm adamlarının çili bibəri barədə apardığı araşdırma maraqlı məqamı ortaya çıxarıb. Alimlər hesab edir ki, çili bibərinin qəbulu insanın ömrünü uzada bilər.
BakuPost.az xəbər verir ki, əslində söhbət çili bibərinin insanın ağır xəstəliyə yoluxmasının qarşısını almasından gedir. Bildirilir ki, çili bibərindən müntəzəm qəbul etdikdə insanın ürək-damar sistemi xəstəlikləri və nəfəsalma problemləri ilə üzləşmə təhlükəsi azalır. Bu da insan həyatını 12-14% uzatmağa yardım edə bilər.
Alimlər yaşı 30-79 arasında olan 487 375 insanın sağlamlıq göstəriciləri haqqında məlumatları araşdırıblar. Məlum olub ki, çili bibəri qəbul edən insanlar arasında uzunömürlülərin sayı 14% daha çoxdur.