Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

bu nöqtəni sıxmaqla xəstəliklərdən xilas olun - FOTOÇİN TİBBİ:

  • 2019.07.10 12:10
  • 13659 Baxış
bu nöqtəni sıxmaqla xəstəliklərdən xilas olun - FOTO ÇİN TİBBİ:
Bədəninizdəki bu nöqtəni sıxmaqla özünüzdə olan stressi azalda və rahat yata bilərsiniz.
Stress orqanizmin sağlamlığında ciddi problemlərin əmələ gəlməsinə səbəb olan bir hissdir. Bu hiss müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olmaqla yanaşı, insanın həyat keyfiyyətini aşağı salır. Medicina.az bütün həyatımıza təsir edən bu nüansdan xilas olmaq üçün bəsit bir hərəkəti təqdim edir.

 

Stress immun sistemin zəifləməsinə, əhval-ruhiyyənin pozulmasına, yuxusuzluğa səbəb ola bilir. Çin təbabəti vasitələri ilə orqanizmdəki stressi aradan qaldırmaq mümkündür. Bu vasitələrdən biri də qulaqdakı həssas nöqtəni sıxmaqdır. Bu nöqtəni sıxmaq orqanizmin sakitləşməsinə səbəb olur. Nöqtə yerləşən nahiyə Şen-men adlanır. Həmin nöqtəni sıxdıqda neqativ hisslər aradan qalxır, orqanizmin qıcıqlanması və yuxusuzluq aradan qalxır.
Şen-men nöqtəsi qulağın yuxsarı hissəsində, iç qismində yerləşir. Nöqtəni aktivləşdirmək üçün həmin hissəni tapıb massaj etmək və bir neçə saniyə sıxıb saxlamaq lazımdır. Çin tibbində bu nöqtəyə cənnətin qapısı deyirlər. Bu nöqtənin bütün bədənə enerji verdiyinə inanılır.

 

Tətbiq edilmə qaydası:
Qulaq çöpü ilə şəkildə görünən yerə yavaş-yavaş masaj edin. Bu zaman dərin nəfəs alıb-vermək lazımdır. Eyni zamaanda bədənə diqqəti cəmləmək lazımdır. Orqanizminizi dinləyin. Dərin nəfəs alış-verişində sağa baxmağınız lazımdır. Bu hərəkət bütün orqanizmin rahatlanmasınıa təkan verir.

 

Ayna Məmmədova

Medicina.az
bu nöqtəni sıxmaqla xəstəliklərdən xilas olun - FOTO ÇİN TİBBİ:
bu nöqtəni sıxmaqla xəstəliklərdən xilas olun - FOTO ÇİN TİBBİ: