Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çin canlı insanın başının transplantasiyasına icazə vermədi

  • 2017.11.28 13:42
  • 14502 Baxış
Çin canlı insanın başının transplantasiyasına icazə vermədi
Çin dövləti beyin transplantasiyası əməliyyatına icazə verməyib.


Medicina.az xəbər verir ki, bu barədə italiyalı beyin cərrahı, professor Sergio Canavero məlumat verib. O bildirib ki, Çin canlı insandan baş köçürülməsi prosesinin həyata keçirilməsinə razı olmayıb.


Orqan transplantasiyası komitəsinin rəhbəri Huang Jiefunun China Daily qəzetinə verdiyi müsahibədə, belə bir əməliyyatın keçirilməsi üçün texniki cəhətdən hələ hazır olmadıqlarını bildirib.


O, həmçinin bunun Çin qanunlarına zidd olduğunu əlavə edib.


Məlumat üçün bildirək ki, italiyalı cərrah Çində ağır xəstə insanın başının, beyin ölümü baş verən birinin vücuduna transplantasiya ediləcəyini söylənmişdi. 18 saat davam edən beyin köçürülmə əməliyyatı həyata keçirilmişdi.

 

Çin canlı insanın başının transplantasiyasına icazə vermədi